Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı
06
sen
2024
16:32
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Qaynarinfo"ya teatrdan məlumat daxil olub.
Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.
Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovu teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.
Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.
Oxşar xəbərlər
Toy büdcəsini zəlzələ qurbanı olan ailəyə xərclədi
Məşhur müğənni Gökhan Özen nümunəvi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl ailə quran sənətçi bunu sadə məclislə həyata keçirib. ...