Mehinin bu klipi Bakıda 18 saata çəkildi
Müğənni Mehin Hümbətova yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, "Eşq dəlisi" adlı mahnının müəllifi Fərid Kərimlidir. Bəstənin səs prodüseri İsmayıl Əsədova, aranjimanı və səs uzlaşması Emin Kərimə (STKHA) məxsusdur.
Layihənin rejissoru Rəvan Muradov və bədii rəhbəri Elşad Quliyevdir. Ekran işi 18 saat ərzində Bakıda çəkilib.
Sənətçi bu klipində özəl olaraq 4 fərqli obrazı canlandırıb.
Layihədə Mehinin dostları influenser Nüşabə Qəndil (Nooshka), Şükran Salamova və aparıcı İskəndər İbrahimov çəkilib.
Yeni klipin meneceri isə Kənan Cəfərov, fotoların müəllifi Oktay Jafferdir.
M.Hümbətovanın staylinqi üzərində stilist Günel Əhmədbəyli çalışıb, makiyajı isə Babək Qədirov edib.
Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik "Eşq dəlisi" bütün musiqi platformalarında təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...