Mehin "Döngə"yə İstanbulda klip çəkdirdi
17
fev
2025
16:04
Müğənni Mehin Hümbətova İstanbulda çəkdirdiyi klipini təqdim edib.
BAKU.WS xəbər verir ki, ekran işi "Döngə" adlanır.
Mahnının söz və musiqisi Zülfi Bədəlova məxsusdur. Tanınmış rejissor Kemal Yıldızın ərsəyə gətirdiyi ekran işində Mehin fərqli obrazda kamera qarşısına keçib.
Layihə üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Hümbətovanın staylinqini Sıla Ceren Özyurt edib ki, o, Hande Ünsel, İrem Derici, Eda Sakız, Dicle Olcay kimi məşhurlarla əməkdaşlıq edir.
Aranjimanı Elvin Musayevə aid olan "Döngə" Mehinin "Youtube" kanalına yerləşdirilib.
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...