Maqnit qasırğası ilə bağlı - XƏBƏRDARLIQ - FOTO

Maqnit qasırğası ilə bağlı - XƏBƏRDARLIQ - FOTO
Foto
Şou-biznes 528
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.Rəsədxanadan BAKU.WS-ə bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism aşkar olunmayıb.Hesabat dövründə ACE peyki vasitəsilə aparılan ölçmələrdə Günəş küləyi parametrlərində normal rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 310 - 330 km/san intervalında olub.Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.Qeyd edilir ki, proqnoz dövründə (26 - 28 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.Proqnoz dövründə ilk iki günlər (26, 27 avqust) qeyri-stabil şərait proqnozlaşdırılır. Sonuncu proqnoz günü (28 avqust) nisbətən sabit şərait müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust proqnoz tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.

Oxşar xəbərlər

Azərbaycanda maqnit qasırğası gözlənilir - Külək güclənəcək

Azərbaycanda maqnit qasırğası gözlənilir - Külək güclənəcək

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə rəsədxan...

828 Şou-biznes 10:00 05 avqust 2019

Son xəbərlər