Azərbaycanda maqnit qasırğası gözlənilirmi? - AÇIQLAMA
29
iyl
2019
20:09
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.BAKU.WS Rəsədxanaya istinadən xəbər verir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.İyulun 29 –dan 31-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.
Oxşar xəbərlər
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu...