Geomaqnit qasırğası gözlənilir
09
iyl
2019
23:24
Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub.Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.Növbəti bir neçə gün üçün (09 - 11 iyul) Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Günəş küləyi parametrlərinin isə güclənəcəyi proqnozlaşdırılır.Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.
Oxşar xəbərlər
Günəş tutulması başlayıb
Bu gün Bakı vaxtı ilə saat 20:55-də tam Günəş tutulması başlayıb.Günəş tutulması 3 iyul saat 01:50-də başa çatacaq.Proses Çili, Argentina, Cənubi Amerika və Sak...