Diqqətli olun, bu gün və sabah maqnit qasırğası olacaq
27
sen
2017
15:45
Bu gün və sabah əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti artacaq.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə deyib ki, bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir).Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiridir:E.Babayev deyib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yerə doğru yönəlir. Sentyabrın 27-28-də plazma küləyinin sürəti kifayət qədər artacaq:"Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı astronomlardan ŞOK AÇIQLAMA: Dünyaya 525 km/san sürətlə təhlükə gəlir
Sentyabrın 12-dən etibarən növbəti geomaqnit qasırğası başlayıb.BAKU.WS-in AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla verdiyi məlumata görə, h...