Londonda yaşayan qızı Flora Kərimovadan danışıb kövrəldi - VİDEO

ARB telekanalında yayımlanan "Günaydın, Azərbaycan" verilişinin çəkiliş heyəti Londona üz tutub.
BAKU.WS xəbər verir ki, onlar Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyevanın evinə qonaq olublar. Bu barədə proqramın aparıcısı Xoşqədəm Hidayətqızı məlumat verib. Proqram zamanı Zümrüdün müsahibəsi yayımlanıb. O, anasından danışarkən kövrəlib:
"Anam üçün çətindir. Qardaşım Almaniyada, mən Londonda yaşayırıq. Amma anamı sevən milyon insan var. O da onu seçdi".
"Flora xanıma nəsə olsa, Zümrüd Bakıda olmasa, özünüzü bağışlaya bilərsiniz" sualına Zümrüd "Bunu düşünmək belə çətindir. Bilmirəm, həmin an qəlbimdən, ağlımdan nə keçəcək. Bir onu bilirəm ki, daxili dünyam alt-üst olacaq. Səhvimiz varsa, ana, bağışla bizi" cavabını verib.
Qeyd edək ki, ötən il Zümrüdün Loren adlı oğlu dünyaya gəlib.
Oxşar xəbərlər
Flora Kərimovanın qızı ilə nəvəsinin GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Xalq artisti Flora Kərimova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında qızı Zümrüdlə yeni doğulan nəvəsi Lo...
