İlham Əliyevin medal qazanmış idmançı bacısı oğlu (FOTO, VİDEO)

İlham Əliyevin medal qazanmış idmançı bacısı oğlu (FOTO, VİDEO)
Video
Şou-biznes 44175

 

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev haqqında maraqlı məlumatlar əldə etmişik.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər həm də peşəkar idmançıdır. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.  

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub. 

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb. 

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər