“Klon” serialının aktrisası vəfat etdi - FOTO

17
yan
2022
14:16
Bir zamanların reytinqli layihələrindən olan “Klon” serialının aktrisası vəfat edib.
BAKU.WS xəbər verir ki, ekran işində Simon rolunu ifa edən Fransuaza Forton dünyasını dəyişib.
O, serialda həkim Albierinin köməkçisi vəzifəsində idi. 64 yaşlı Fransuazanın uzun sürən xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Aktrisa ömrünün son dörd ayını klinikada keçirib. Onun xəstəliyi ilk dəfə 1989-cu ildə müəyyən edilib.
Qeyd edək ki, Fransuaza 40-dan çox serialda müxtəlif rollar ifa edib. O, 2019-cu ilə qədər seriallara çəkilib.

Oxşar xəbərlər
90-cı illərin populyar supermodelinin “İnstagram” paylaşımı rekord qırdı – FOTO
90-cı illərin populyar supermodeli olan Sindi Krouford paylaşdığı fotolarla hər kəsin marağına səbəb olub.BAKU.WS xəbər verir ki, tanınmış model “İnstagram” səh...