Klipindəki çəkilən aktrisanın müdafiəsinə qalxdı

Klipindəki çəkilən aktrisanın müdafiəsinə qalxdı
Şou-biznes 579

Gənc artist NURAN sosial şəbəkələrdə onun "Özəl biri" adlı klipinə çəkilən aktrisaya mənfi rəy yazanlara cavab verib.

BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında Nılufer adlı xanımla şəkilini paylaşaraq bunları yazıb:

"Klipdəki baş obraz Nilufər xanım haqda çox rəy alıram. Xoş sözlər üçün təşəkkür edirəm. Bu, yenilikdir. Hər kəsin standartları fərqlidir. Mənim üçün özəl biri bu layihədə odur.

Həyatda hər kəsin yeri var. O cümlədən, cəmiyyətin "standart" saymadığı bədənlərə sahib olan insanların, xanımların.

İnsanları yalnız zahiri görkəminə görə qiymətləndirməyək. Qiymətləndirə də bilərsiz. Amma düzgün deyil.

Həyatda hər kəs öz bədəni ilə barışıq yaşaya bilir. Bu, problem sayılmamalıdır. Kimə necə xoşdursa, elə də olsun. Mən də uzun illər artıq çəkili olmuşam, efirlərdə də bu barədə danışmışam. Bir xırda sözün insanı necə incitdiyini çox yaxşı başa düşürəm.

Bu günə kimi stilimi, geyimimi, ifamı tənqid etmisiz, amma reaksiya verməmişəm. Lakin bir xanıma qarşı neqativ rəylərin verilməsi bizə yaraşmır".

Oxşar xəbərlər

Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI

Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI

Azərbaycanın sənət aləmində bəzi məşhurlar var ki, onlar övladlarını  gənc yaşda itiriblər. Övlad dərdi yaşayan tanınmışlar arasında məşhur müğənnilər və aktyor...

154 Şou-biznes 17:08 17 noyabr 2025

Son xəbərlər