"Karib Dənizinin Quldurları 6" gəlir - Conni Depp isə bu dəfə...

Karib Dənizinin Quldurları 6 gəlir - Conni Depp isə bu dəfə...
Foto
Şou-biznes 30

Dünya kinematoqrafiyasının ən çox gəlir gətirən filmlərindən biri "Karib Dənizinin Quldurları" yeni filmlə böyük ekrana qayıtmağa hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə ekran işinin prodüseri Cerri Brukhaymer qatıldığı verilişlərin birində bildirib.

O "Karib Dənizinin Quldurları 6" üzərində işlərin rəsmən başladığını elan edib.

Kapitan Cek Sərçəyə həyat verən Hollivud ulduzu Conni Deppin də layihəyə qayıtması gündəmdədir. Prodüser Brukhaymer aktyorla rəsmi danışıqlara başladıqlarını təsdiqləyib. Lakin Deppin çəkilişlərdə iştirak edib-etməyəcəyi hələ dəqiq deyil; hər şey aktyorun təqdim olunacaq yeni ssenarini bəyənib-bəyənməməsindən asılı olacaq.

Sükan arxasında isə başqa qəhrəman olacaq. Bu aktrisa Margo Robbidir.

Yeni filmdə hekayənin axını köklü şəkildə dəyişəcək.

Mətbuata sızan məlumatlara görə, filmin mərkəzində bu dəfə məşhur aktrisa Margo Robbinin canlandıracağı yeni qadın quldur obrazı dayanacaq.

Əgər Conni Depp layihəyə "hə" deyərsə, Cek Sərçə bu dəfə hekayənin əsas qəhrəmanı kimi deyil, Margo Robbiyə bələdçilik edən və hadisələrin gedişatına böyük təsir göstərən açar köməkçi obraz kimi izləyicilərin qarşısına çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər