Kamran Ağabalayev: “Heç kimin kəbinli arvadı olmaq istəmirəm” - VİDEO

Kamran Ağabalayev: “Heç kimin kəbinli arvadı olmaq istəmirəm” - VİDEO
Video
Şou-biznes 801

Aktyor Kamran Ağabalayev maraqlı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Mtv” kanalında yayımlanan “Ziq-zaq” proqramına qonaq olan aktyor sənətçilərə verilən “Xalq artisti”, “Əməkdar artist” kimi adlara münasibət bildirib.

Heç bir fəxri ad almayan Ağabalayev sadəcə öz adını sevdiyini bildirib:

“Mən heç kimin kəbinli arvadı olmaq istəmirəm. Anam qoyduğu addır, adımdan razıyam. Çox sevirəm adımı. Buna görə də kiminsə kəbinli arvadı olmaq istəmərəm.

Yəqin, başa düşdünüz, sözü hara vururam. Adı olan sənətçiləri görürük. "Nə zaman?", "Harada ol?", "Saat neçədə ol?" Və "Ol!" Yaşayıram də özüm üçün həyatımı. Mən həyatımdan razıyam. Harada istəyirəm, orada oluram”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər