İnsanlara milyonlarla dollar yardım edən DÜNYA ULDUZLARI - SİYAHI
Elə dünya məşhurları var ki, onlar həm də həyata keçirdikləri xeyriyyə tədbirləri ilə gündəmə gəlirlər. Bunlar əsasən tanınmış müğənnilər, aktyorlar və aparıcılardır. Bəzi məşhurlar isə bu tədbirləri mütəmadi olaraq həyata keçirtmək üçün xeyriyyə fondları yaradıblar.
BAKU.WS onlardan bir neçəsinin adını oxuculara təqdim edir:
Aktyor Leonardo DiKaprio
Məşhur 1998-ci ildə özünün "Leonardo DiCaprio Foundation" fondunu yaradıb və dünyanın 50-dən çox ölkəsində ekoloji layihələrə dəstək verib. Ətraf mühitin qorunması, nadir növlərin müdafiəsi və iqlim dəyişikliyi ilə mübarizə onun əsas prioritetlərindədir. Lakin ulduz gündəlik olaraq yalnız ianə verməklə kifayətlənmir. Mötəbər forumlarda çıxış edir, təşəbbüsləri dəstəkləyir.
Aparıcı Opra Uinfri
O uzun illərdir müxtəlif xeyriyyə işləri ilə məşğuldur. Əsasən təhsil, qadınların və uşaqların hüquqları və sağlamlıq sahəsinə pul ianə edir. Aparıcının "Oprah Winfrey Foundation" və "Oprah Winfrey Leadership Academy for Girls" kimi xeyriyyə fondları var. İllərlə verdiyi milyonlarla dollar xeyriyyəyə yönəlib.
Müğənni Beyons
Sənətçinin "BeyGOOD" fondu müxtəlif xeyriyyə layihələrinə yönəldilir. Qızların təhsili, təbii fəlakətlər zamanı yardımlar və digərləri... 2005-ci ildə "Survivor Foundation" ilə birgə "Hurricane Katrina" fəlakətindən zərərçəkənlərə yardım edib. Sosial məsuliyyətini yalnız ianə verməklə deyil, həmçinin fəal kampaniyalarla və maarifləndirmə ilə yerinə yetirir.
Aktrisa Ancelina Coli
O uzun müddət "United Nations High Commissioner for Refugees"in (UNHCR) səfiri olub, daha sonra xüsusi elçi vəzifəsində çalışıb. Aktrisa həmçinin "Maddox Jolie‑Pitt Foundation" adlı fond yaradıb və müxtəlif regionlarda humanitar yardımlar həyata keçirir. Yardım etmək onun üçün sadəcə iş deyil. Bu artıq Coli üçün aktiv iştirak və şəxsi səy tələb edən bir fəaliyyət formasına çevrilib.
Aktyor Corc Kluni
Məşhur aktyor həyat yoldaşı Amalla birlikdə "Clooney Foundation for Justice" adlı təşkilat yaradıb. Təşkilat bölgələrdə, münaqişə zonalarında və qaçqınların hüquqlarınnı müdafiə edir.
Oxşar xəbərlər
İki məşhur aktyor "İlk ve Son"da rol alacaq
Məşhur aktyorlar Bergüzar Korel və Timuçin Esen eyni ekran işində rol alacaqlar. BAKU.WS xəbər verir ki, "İlk ve Son" adlı layihədə məşhurlar Güneş və Serkan ob...