İnqrid "Sarı Gəlin" mahnısını ifa etdi
Məşhur İtaliya müğənnisi və bəstəkarı İnqridin (İngrid Alberini) "Dream FEST-2025"dəki çıxışı marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o səhnədə "Sarı Gəlin" mahnısını ifa edib.
İnqridin ifası zamanı səhnədə milli geyimdə rəqqas da olub. Sənətçinin bu ifası böyük rəğbətlə qarşılanıb.
Məlumat üçün bildirək ki, üç gün əvvəl paytaxtda yayının əsas hadisəsi olan "Dream Fest" beynəlxalq musiqi festivalı start götürüb. Tədbir "Sea Breeze Resort"un sahilində təşkil edilib.
İlin həyəcanla gözlənilən festivalında Azərbaycanın Xalq artistləri və xeyli sayda tamaşaçı iştirak edir.
Oxşar xəbərlər
Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır"
Konsertində shnədən yıxılan müğənni Merve Özbey səhhəti ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, sənətçi fasilə zamanı pilləkandan yıxıldığını vurğul...