İlqarə Kazımovadan YAYIN HİTİ
05
iyn
2026
14:48
Müğənni İlqarə Kazımova yeni musiqi işini dinləyicilərinin ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, sənətçinin təqdim etdiyi yeni mahnı "Mən oluram" adlanır.
Bəstə ilk baxışda sevgi mövzusuna həsr olunsa da, onun əsas mesajı daha geniş məna daşıyır.
Bəstə təkcə qadın və kişi arasındakı münasibətlərdən deyil, eyni zamanda ana və övlad sevgisindən, dostluq bağlarından, valideyinə olan məhəbbətdən bəhs edilir.
Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur.
Aranjimanı isə Aligee edib.
"Mən oluram" artıq bütün rəqəmsal musiqi platformalarında paylaşılıb.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...