İllər əvvəl Ebru Gündeşə etdiyi haqsızlıqdan danışdı

İllər əvvəl Ebru Gündeşə etdiyi haqsızlıqdan danışdı
Video
Şou-biznes 144

"20 yaşımdan bəri əlimdən tutub məni qaldırdı. "Kara biberim" albomunu çıxartmağa kömək etdi. Radioda işləyəndə məni ora dəvət etdi. Bu gün popstar Serdar Ortaç oldumsa, bunu Ebru Gündeşə borcluyam".

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Serdar Ortaç deyib.

Verilişlərdən birinə dəvət olunan sənətçi həmkarı Ebru Gündeşlə bağlı peşmanlığını dilə gətirib.

Serdar qeyd edib ki, Ebru hər zaman ona dəstək olub. Lakin o bir zamanlar böyük problemləri olan həmkarından dəstəyini əsirgəyib:

"Onun xeyli problemləri var idi. Dəstək olmadım. Keçmiş həyat yoldaşı həbs olunduğu zaman "Keçmiş olsun" belə deyə bilmədim. Böyük əxlaqsızlıq, böyük səhv etdiyin insan belə düşməninə "Keçmiş olsun" deyər. Bir gün gözlədim. "Keçmiş olsun" demək üçün zəng etdim amma artıq çox gec idi".

Ətraflı videoda:

Son xəbərlər