İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı
18
apr
2026
16:38
Müğənni İbrahim Tatlısesin model gəlini Yasemin Tatlıses bədbəxt hadisə ilə üzləşib.
BAKU.WS xəbər verir ki, o oğlu Ayel qucağında olarkən evinin pilləkənlərindən yıxılıb.
Hadisə zamanı azyaşlı Ayel qarın nahiyəsindən xəsarət alıb.
Ana və oğul dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin stabil olduğu bildirilib.
Yasemin Tatlıses sosial media şəbəkədə paylaşım edərək həm özünün, həm də oğlunun səhhətinin yaxşı olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Şahzadə Harri məhkəmədə bu qəzetə uduzdu
İngiltərə kral ailəsinin üzvü Şahzadə Harri İngiltərəyə qayıdan gün ağır bir hüquqi zərbə ilə üzləşib. BAKU.WS xəbər verir ki, onun ingilis mətbuatına qarşı a...