İbrahim Tatlısesin doğulduğu mağara-muzey boş qaldı

İbrahim Tatlısesin doğulduğu mağara-muzey boş qaldı
Video
Şou-biznes 40

Şanlıurfada İbrahim Tatlısesin doğulduğu mağara-muzey boş qalıb.

BAKU.WS xəbər verir ki, sənətçinin uşaqlıq illərinin keçdiyi mağara əsli saxlanılmaqla təmir olunaraq muzey-ev kimi istifadəyə verilmişdi.

Lakin böyük ümidlərlə başlanılan layihə, açılışdan keçən 2 il ərzində gözləntiləri doğrultmadı.

Yerli mənbələr günlük ziyarətçi sayının orta hesabla 1 nəfərdən də aşağı düşməsində məkanın yerləşdiyi ərazinin əlverişsizliyini və kifayət qədər tanınmamasını əsas səbəb kimi göstərirlər.

İbrahim Tatlısesin doğulduğu mağara-muzey boş qaldı

Region turizminə canlılıq gətirmək məqsədilə açılan muzeyin növbəti dövrdə necə dəyərləndiriləcəyi və ziyarətçi axınını artırmaq üçün yeni addımların atılıb-atılmayacağı isə maraq doğurur.

Qeyd edək ki, muzeyə çevrilən məkan İbrahim Tatlısesin vaxtilə verdiyi bəyanatlarla yaddaşlarda qalmışdı.

Tatlısesin böyük fanat ordusunun olması, eyni zamanda şəhərin hər il qəbul etdiyi minlərlə turistə baxmayaraq, muzeyin boş qalması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, doğulduğu yerin onun üçün daşıdığı mənanı hər fürsətdə dilə gətirən sənətçi "Orada doğulduğum üçün fəxr edirəm" sözləri ilə mağara ilə qürur duyduğunu bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər