Həyat yoldaşı ilə necə “düzgün” savaşmaq lazımdır? - ÜSULLAR
Əlbəttə siz birgə yaşadığınız o şəxsi çox sevirsiniz, ona hörmət edirsiniz. Ancaq bu dəqiqə yox! Konkret bu dəqiqə siz onu parçalamaq istərdiniz! Siz sadəcə ona baxırsınız və əsəbləşirsiniz!
Ailə mübahisələri - istənilən ailənin həyatının ayrılmaz hissəsidir. Tez-tez və ya nadir hallarda, ciddi və ya qeyri-ciddi səbəblərdən ailə üzvləri (ər-arvad) arasında mübahisələr adi haldır. Səhərdən axşamadək stressli həyatda aldığımız mənfi enerjini bəzən heç səbəb olmayanda da ailə üzvlərimizə yönəldirik. Bu, xüsusilə gərgin işdə işləyənlərə xas olan xüsusiyyətdir. Nəticədə hər xırda məsələ üstündə ailə mübahisələri başlayır.
Dava-dalaşın da statistikası var
Statistikaya görə ailələr il ərzində orta hesabla 312 dəfə (böyük və kiçik məsələlərə görə: "Sən harada idin? Niyə gecikirsən?”, "Suyu qabın boğazından içmə, 100 dəfə demişəm” və s.) mübahisə edirlər.
Bu mübahisələrin 70% pul mövzusuna aid olur. Bu və ya digər sorğularda iştirak etmiş ailələrdən 22% qeyd ediblər ki, mübahisələr onların gündəlik həyatında sevgi münasibətindən daha çoxdur.
Bəzi ailələrdə belə mübahisələr dərhal unudulur – münasibətlər tezliklə qaydasına düşür, bəzən isə belə mübahisələr münasibətlərin tamamilə pozulmasına, dözülməz evliliyə və nəhayət ailənin dağılmasına səbəb olur.
Bəs nə etmək lazımdır ki, belə mübahisələr ailəni dağıtmasın?
Sən demə digər problemlər kimi, ailə mübahisələrini də idarə etmək, hətta, …reqlamentləşdirmək olarmış. Sadəcə bunun üçün bəzi qaydalara əməl etmək kifayətdir. Fins.az xarici mətbuata istinadən psixoloqların belə hallar üçün məsləhətlərini təqdim edir. Məsləhətlər «Biz xoşbəxtik» deyən cütlüklər arasında keçirilən sorğunun nəticələri əsasında hazırlanıb.
Beləliklə, «düzgün» mübahisələrə hazırsınız?! Getdik...
1. Mübahisələrdən qaçmayın, çəkinməyin
Siz nədənsə və ya nəyəsə əsəbləşmisiz? Dişinizin dibindən demək istədikləriniz var? Bunu gizlətməyin. Öz daxilinizdə kin saxlamayın.
Siz də anlayırsınız ki, bu strategiya mübahisələrin sayının azaldılmasına yox, gələcək mübahisənin gücünün artmasına səbəb olacaq. Siz dözürsüz, yenə də dözürsüz (əslində davamlı şəkildə əsəbinizi boğursuz) və günlərin birində çox cüzi bir şeydən Siz atom bombası kimi partlayır və ailə həyatı boyunca yığılmış bütün kininizi üzə çıxardırsınız.
2. Qışqırmayın
Bu heç də yeni bir fikir olmasa da, mübahisə zamanı hamıdan uca səslə qışqıran heç də hər zaman haqlı tərəf deyil. «Qışqıran qalibdir» fikri tamamilə səhvdir. Siz nə qədər gərgin və əsəbi olsanız belə qarşı tərəfi (həyat yoldaşınızı) əsəbinizin səbəbi haqqında təmkinlə məlumatlandırmağa çalışın.
3. Keçmişi qurdalamayın
Dava zamanı diqqətinizi indiki zamanda baş verən hadisələrə cəmləmək çox vacibdir. 1985-ci ildə birgə məzuniyyətinizdə baş vermiş hansısa hadisənin, 2016-cı ildə müzakirəsi mənasızdır. Siz nədən narazı olduğunuzu qarşı tərəfə (həyat yoldaşınıza) düzgün çatdırmağı bacarmalısınız. Əlbəttə biz hər birimiz insanıq, bəzən hisslərimizi, əsəbimizi idarə etmək çətindir, buna görə də ehtimal ki, mübahisə məhz qışqırmaqla yekunlaşacaq (amma digər tərəfdən niyə?), lakin ən azından mübahisəni təmkinlə, müzakirə formasında başlayın.
4. Bir-birinizi eşidin
İnsanların daha bir problemi ondan ibraətdir ki, bəziləri danışmaq üçün məhz mübahisə məqamını gözləyirlər. Lakin mübahisə sizi əsəbləşdirən amillərə qıraqdan baxmaq üçün gözəl fürsətdir.
Mübahisənin yarısı təkcə sizin həyat yoldaşınıza qarşı sonsuz iddialarınızın səsləndirilməsinə yox, bu və ya digər iddianız üzrə onun da fikrinin dinlənilməsinə sərf olunmalıdır. Bəzən mübahisə zamanı düşünürsüz ki, siz haqlısız, sizin fikrinizdən əlavə düz fikrin olması mümkün deyil, ancaq qarşı tərəfi dinləmək özü də bir bacarıqdır. Unutmayın ki, məhkəmə zalında belə təqsirləndirilən şəxsə özünü müdafiə etmək üçün söz verilir.
Həyat yoldaşınıza qulaq asın və əgər siz hərbi fərəqət formasında dayanaraq, gözlərinizdən od püskürürsünüzsə bu heç də sizin qulaq asdığınız demək deyil. Özünüzü aldatmayın. Qarşı tərəfi eşidin və bilin ki, niyə o, sizin düşündüyünüz fikri paylaşmır? Onun fərqli düşüncəsi nədir?
5. Cavab qaytarmayın
Mübahisə edən üçün o, an qarşı tərəfin hər hansısa bir fikrinə cavab qaytarmamaq çox çətindir. Bu strategiya bağçada əla işləyirdi. Mübahisə zamanı Əliyə, Vəliyə və başqasına cavab qaytaran kimi siz danılmaz qalib olurdunuz. Amma unutmayın ki, sizin artıq 4 yaşlı uşaq deyilsiniz. Mübahisəniz var, mövzunuz üzrə mübahisə edin. Mübahisə var deyə qarşınızdakı şəxs (həyat yoldaşınız) sizin düşməniniz statusuna keçməyib. O, hələ sizin sevdiyiniz insandır. Hər bir mübahisədən sonra siz yenə də bir-birinizin üzünə baxmalısınız.
6. Mübahisəni çox uzatmayın
Hansısa ideal bir aləmdə insanlar cəmi 2 dəqiqə mübahisə edib və bir daha heç vaxt bu mövzuya qayıtmırlar. Lakin reallıqda elə olur ki, bir mövzu aylarla və ya illər gündəmdə qalır və mübahisə səbəbi olur. Əgər mübahisə "cavab qaytarmaq” fazasından çıxıb, "qışqırmaq” fazasina keçibsə və siz artıq "bir-birinizi eşitmirsinizsə” mübahisəni dayandırsanız yaxşı olar. Əks halda hər iki tərəf ciddi şəkildə bir-birinin xətrinə dəyə bilər və bununla da kin saxlama mexanizmi işə düşəcək. Bəzən mübahisə zamanı dediyimiz sözlərə görə əlavə olaraq üzr istmək lazımdır.
Mübahisəyə fasilə verin, diqqətinizi acı sözlərdən yayındırın. Unutmayın ki, cavab qaytarmaq müsabiqəsində heç vaxt qalib olmur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kişi arvadını "rajok"la döyüb xəstəxanalıq etdi
Daşkəsəndə 21 yaşlı qadın əri tərəfindən döyülüb. Bu barədə ANS PSESS-ə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Hadisə Yuxarı Daşkəsə...