Ərdoğan: "Akkuyu" AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Tezliklə "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisi istehsalına başlanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa və hökumətə müraciətində deyib.
"Çox yaxında "Akkuyu" Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlayacağıq. Amma bu sahədə başqa layihələrimiz də var. Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayaraq, nüvə enerjisinə sərmayə qoymağa davam edəcəyik", - Ərdoğan vurğulayıb.
Bundan əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə istismara vermək niyyətindədir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...