Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycan komandasının üzvləri Vətənə qayıdıb.
BAKU.WS xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
İdmançıları hava limanında media nümayəndələri, idman həvəskarları qarşılayıblar.
Qeyd edək ki, 13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Serbiya şahmatçıları bürünc medalla kifayətlənib.
Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. BAKU.WS report-a istinadən xəbər ver...