1 milyon dövlət vəsaitini mənimsəyən şəxs 10 il müddətinə HƏBS EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsi 1987-ci il təvəllüdlü, Rusiya Federasiyasında anadan olmuş Azərbaycan vətəndaşını dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilib.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, həmçinin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququndan məhrum edilib.
BAKU.WS-in məlumtına görə, təqsirləndirilən şəxs tanışları və digər vəzifəli şəxslərlə əlbir olaraq 2017-2019-cu illərdə 299 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradıb. Bu şirkətlər vasitəsilə dövlət müəssisələrinin tenderlərində iştirak edərək, mal-material alınması, xidmətlər göstərilməsi və işlərin yerinə yetirilməsi adı altında dövlət büdcəsindən ayrılmış vəsaitləri mənimsəyib.
Cinayət nəticəsində dövlətə 1 047 976,41 manat (təxminən 616 min ABŞ dolları) maddi ziyan vurulub. Ziyan tam ödənilib, lakin bu, barəsində cinayət işi xitam verilmiş şəxslər tərəfindən həyata keçirilib.
Təqsirləndirilən şəxs qrup halında fəaliyyət göstərərək, faktiki fəaliyyəti olmayan MMC-ləri qeydiyyata aldırıb və rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Məhkəmədə 193-1.3.2-ci maddə (leqallaşdırma) üzrə sübutlar kifayət qədər olmadığına görə bəraət verib. 313-cü maddə (vəzifə saxtakarlığı) üzrə isə cinayət məsuliyyəti müddəti keçdiyi üçün cəza təyin edilməyib. Lakin 179.4-cü maddə üzrə təqsir sübuta yetirilib və 10 il azadlıqdan məhrum etmə cəzası verilib.
Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini, şahidlərin söylədiklərini, elektron qaimələr, müqavilələr, bank çıxarışları və digər sübutları nəzərə alıb. Cəza təyin edilərkən təqsirləndirilən şəxsin subay olması, iki uşağı (2010 və 2015-ci il təvəllüdlü, biri azyaşlı) olması və ziyanın ödənilməsi yüngülləşdirici hallar kimi qiymətləndirilib. Ağırlaşdırıcı hallar müəyyən edilməyib.
Oxşar xəbərlər
Atasından sonra hamilə arvadını da döyüb, uşağının ölümünə səbəb olub
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər R...
