Hüseyn Tatlı "Sən şeytansan!" dediyi qardaşı İbrahimdən üzr istədi

Hüseyn Tatlı Sən şeytansan! dediyi qardaşı İbrahimdən  üzr istədi
Video
Şou-biznes 98

Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı ondan üzr istəyib.

BAKU.WS xəbər verir ki, Hüseyn sosial media hesabı vasitəsilə etdiyi emosional paylaşımda qardaşına dediyi ağır sözlərdən duyduğu peşmanlığı dilə gətirib.

"İçimdəki uşağı öldürəcək nöqtəyə gəldim. Mən kiməm ki, hesab soracam" deyərək, qardaşı İbrahim Tatlısesdən halallıq istəyib.

Hüseyn Tatlı, artıq heç kəslə bir haqq davası olmadığını bildirərək "Artıq təmizləndim, bitdi" sözləri ilə açıqlamasını yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Hüseyn Tatlı sosial media platformasında canlı yayımda xəstəxanada olan qardaşı haqqında ağır sözlər danışıb.

Xəstəxanada İbrahim Tatlısəsi heç kimin ziyarət etmədiyini bildirən Tatlı, "İnsanlar səni mələk hesab edir, amma and içirəm ki, sən şeytansan! Bağışla, cənab İbrahim! Allah səni cəzalandırıb. Əgər səhv edirəmsə, Allah məni də cəzalandırsın" deyə vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər