Hollivud ulduzu həyat yoldaşından boşandığına peşman oldu

Hollivud ulduzu həyat yoldaşından boşandığına peşman oldu
Foto
Şou-biznes 131

Hollivud ulduzu Nikol Kidman həyat yoldaşı Kit Urbandan ayrıldığı üçün peşman olub.

BAKU.WS xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələr məlumat yayıb.

Qeyd edilib ki, Nikol dostlarına onun yanına getmək istədiyini və hər şeyə yenidən başlamaq istədiyini deyib.

Bu barədə "DailyMail"də bildirilib.

Aktrisa sentyabrın 30-da Kit Urbanla evliliyini bitirib. Lakin Nikol belə bir nəticə gözləmirdi. Baxmayaraq ki, məhkəmə sənədlərində "fikir ayrılıqları"nı əsas gətirən Nikoldur amma boşanma əslində Urban tərəfindən başlayıb.

Onun yaxınları Nikolun sadəcə olaraq hadisələrin nə qədər ciddi olduğunu dərk etmədiyini iddia edirlər. O güman edirdi ki, əri, əvvəlki kimi olacaq, çünki onlar əvvəllər çətin dövrlərdən keçiblər və həmişə birlikdə olublar. Lakin bu dəfə elə olmadı.

Bu arada, yeni şayiələr də yayılb. Urbanın yeni sevgilisi ilə görüşdüyü iddia edilir. Potensial sevgilinin kimliyi hələ təsdiqlənməyib, lakin mənbələr onun kantri musiqi səhnəsinin gənc ulduzlarından biri ola biləcəyi deyilir.

Pərdə arxasında iki ad çəkilir: 25 yaşlı müğənni Maggie Boe və 32 yaşlı Kelsea Ballerini.

Aktrisa hələ də möcüzəyə ümid edir. Dostlarından biri dedi ki, cütlük hər zaman xüsusi bir bağa malik olub. Bu təkcə sevgi deyil, həm də Hollivud münasibətlərində nadir hallarda rast gəlinən dərin qarşılıqlı anlaşmadır.

Onların iki övladı var.

Son xəbərlər