Həyat yoldaşından danışan Mələkxanım Eyyubova: "Əziyyətlə çalışıb polkovnik rütbəsinə yüksəldi"
"Uzaq qohumumuz idi. Uşaqlıqdan görürdüm ki, polis olmaq eşqi ilə yaşayır. Əmiləri də polis idi. Bütün şəkillərini polis formasında çəkdirərdi. Böyük əziyyətlə çalışaraq polkovnik rütbəsinə qədər yüksəldi".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyyubova həyat yoldaşı, keçmiş polis polkovniki Xosrov Nəcəfovdan danışarkən deyib.
"İncə səhər" verilişinə qonaq olan xanəndə həyat yoldaşının peşəsini çox sevdiyini və ailəsinə bağlı adam olduğunu bildirib:
"Mən çox vaxt sənətimə görə evdə olmurdum. O, məndən çox evdə olurdu. Amma düşünürəm ki, insan ailəsinə bağlıdırsa, vicdanlı və məsuliyyətlidirsə, istər gecə-gündüz işdə olsun, fikri də, düşüncəsi də evində olacaq. İstər həyat yoldaşım, istərsə də mən vətən üçün belə övladlar yetişdirmişik. Sənətimlə yox, məhz övlad böyütməklə fəxr edirəm. Evdə olmamaqlar, çəkilən əziyyətlər... Bütün bunların təməlində ailə dayanır. Bu gün bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edirəm. Xosrov müəllimə də can sağlığı arzulayıram".
Oxşar xəbərlər
Tünzalə Ağayeva: "İnsanı insan edən əsas dəyər elə sevgidir"
Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, sənətçi layihənin ən sevilən "Məşhur...