"Heç kimin nazını çəkən deyiləm" - Mətanətdən xəbərdarlıq
Aparıcı Mətanət Əliverdiyeva proqramına gələn qonaqlara xəbərdarlıq edib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, "Xəzər axşamı" verilişinə gələnlərin artıq nazı ilə oynamayacağını bildirib:
"Ay özünü dartanlar, məni də ana dünyaya gətirib, sizi də. Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir aidiyyatı yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram. Ona görə də özünüzü dartmayın.
Özümə söz vermişəm, burada kim özünü dartarsa, sizə "yaxşı yol" deyəcəyəm. Heç kimin nazını çəkən deyiləm. Mən sizə necə hörmət qoyuramsa, siz də bizim verilişimizə və komandamıza hörmət qoymalısınız".
Oxşar xəbərlər
Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!"
Məşhur müğənni Seda Sayan övladı Oğulcan Enginlə bağlı danışıb. BAKU.WS xəbər verir ki, Harbiye konsertindən əvvəl jurnalistlərin suallarını cavablandıran sənət...