Hava şəraiti kəskin dəyişəcək - DİQQƏT!

Hava şəraiti kəskin dəyişəcək - DİQQƏT!
Şou-biznes 2491
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti təşkil edəcək.Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.BAKU.WS

Oxşar xəbərlər

Ölkədə hava şəraiti dəyişir - yağış, qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ölkədə hava şəraiti dəyişir - yağış, qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...

3653 Şou-biznes 12:34 27 mart 2018

Son xəbərlər