Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi

Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi
Foto
Şou-biznes 1855

Məşhur aktrisa Hande Erçel və iş adamı Hakan Sabancı təxminən üç ildir davam edən münasibətlərini lüks səyahətlərlə möhkəmləndirməyə davam edir. Cütlük bu dəfə Paris–Roma xətti üzrə hərəkət edən əfsanəvi Orient Express qatarında beş günlük dəbdəbəli səfərə çıxıb. Onların bu tətili, həm romantikliyi, həm də yüksək qiyməti ilə diqqət çəkib.

Bir gecəlik qalma – 6,6 milyon lirə

Cütlük səfər zamanı qatarın ən bahalı kupelərindən biri sayılan Les Lacs Grand Suitedə qalmağı seçib. Geniş oturma sahələri, özəl vanna otağı və zərif interyeri ilə seçilən bu suitdə bir gecəlik qalmaq bir nəfər üçün 63 min funt sterlinqə başa gəlir. Bu da təxminən 3 milyon 320 min türk lirəsinə bərabərdir. İki nəfərlik bir gecəlik qalma qiyməti isə 6 milyon 640 min TL-dən çox olub.

Beş günlük səfəri nəzərə aldıqda, cütlüyün yalnız suit üçün ödədiyi ümumi məbləğ 630 min funt sterlinq, yəni təxminən 6 milyon manat təşkil edir.

Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi

Qiymətə daxil olan xidmətlər

Bu ultra dəbdəbəli paketə yalnız lüks suitdə gecələmə deyil, həm də Orient Express qatarında 3 gecə, Buxarest və Budapeştdə isə hərəsində bir gecə qalmaq, pansionat xidməti, ekskursiyalar, ümumi transferlər və limitsiz şampan da daxildir.

Zamana səyahət təsiri

Hande Erçel və Hakan Sabancı bu səyahətə dair fotolarını sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb. Paylaşılan görüntülərdə cütlüyün maksimum komfort və zəriflik yaşadığı açıq-aşkar görünür. Les Lacs Grand Suitein möhtəşəmliyi və qatarın tarixi ab-havası bu səfəri sadəcə tətil deyil, adeta bir "zamana səyahət"ə çevirib.

Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi

Oxşar xəbərlər

Dünyaca məşhur modelin xəyalı puç oldu

Dünyaca məşhur modelin xəyalı puç oldu

Dünyaca məşhur model Bianka Balti xərçənglə mübarizə aparır. BAKU.WS xəbər verir ki, "Victoria's Secret" dəfilələrində podiuma çıxan model yumurtalıq xərçəngi i...

242 Şou-biznes 23:23 20 oktyabr 2025

Son xəbərlər