Hadise Rza Zərrabla eşq yaşayır - VİDEO

Türkiyəli iş adamı Mehmet Dinçerlerden ayrılan müğənni Hadisenin adı yeni eşq qalmaqalında hallanır.
BAKU.WS xəbər verir ki, sənətçinin hazırda iranlı iş adamı Rza Zərrabla sevgili olduğu iddia edilib.
Bu barədə Türkiyənin reytinqli verilişlərdən olan "Söyləməzsən olmaz"ın aparıcısı Arto məlumat verib.
Onun sözlərinə görə, Hadise adını təmizə çıxarmq üçün Mehmetlə ailə qurub. Arto yaxın zamanlarda Rza ilə Hadisənin eşq yaşadığını sübut edən görüntülər ortaya çıxaracağını bildirib.
Qeyd edək ki, Hadise 4 ay əvvəl Mehmetlə evlənmişdi. Bir neçə gün əvvəl isə ifaçı sosial şəbəkə hesabında paylaşım edərək ərindən ayrıldığını bəyan edib.
Oxşar xəbərlər
Hadise və Mehmet boşanır? - Ayrılığın səbəbi bilindi - FOTO
Son günlər Türkiyənin pop ulduzu Hadise Açıkgöz şəxsi həyatı ilə gündəmdən düşmür. BAKU.WS xəbər verir ki, Türkiyə mətbuatında sənətçinin iş adamı Mehmet Dinçer...
