Günün ulduz falı - 4 mart
04
mar
2019
00:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS 4 mart tarixinin qoroskopunu təqdim edir: Qoç - ümumi gərginliyi nəzərə alıb gün ərzində ehtiyatlı taktikalardan istifadə etməlisiniz. Hər hansı mübahisə və hiyləgərlik müsbət nəticə verməyəcək. Riskli işlərdən uzaq olun.Buğa - ulduzlar gün ərzində külli-ixtiyarı özünüzə verəcək. Bu səbəbdən də atdığınız addımlara, verdiyiniz qərarlara diqqət yetirməlisiniz. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.Əkizlər - fəaliyyət göstərdiyiniz yerlərdə iş yoldaşlarınızla münasibətləri yaxşılaşdırın. Kiminsə yersiz atmacalarına əhəmiyyət verməyin. Saat 13-dən sonra daxili süstlüyünüz səngiyəcək.Xərçəng - məhəbbət və nifrət! Gün ərzində bu iki amildən maksimum istifadə edəcəyiniz gözlənilir. Amma yaxşını kimə, pisi kimə yönəldəcəyinizi özünüz təyin edin. Səhhətinizə də fikir verin.Şir - yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınızın olacağını göz önünə gətirib ehtiyatı da əldən verməməlisiniz. İşdə məsuliyyətinizi hiss edin.Qız - özünüzdən böyüklərin və nə vaxtsa sizə yaxşılıq edənlərin üzünə ağ olmayın. Unutmayın ki, atalar "su gələn arxa bir də gələr" deyib. İkili düşüncələrdən xilas olmağa çalışın.Tərəzi - səhhətiniz qaydasında olduğuna tam əminsinizsə, ən ciddi işlərin həllinə başlamağa dəyər. Saat 17-yə qədər böyük perspektivdən xəbər verən sövdələşmələrdə iştirakınız labüddür.Əqrəb - ixtiyarınızda olan bu təqvimdə əsasən emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Ümumiyyətlə, ətrafda hər şeyin sabit olması üçün əzmkarlıq göstərməlisiniz.Oxatan - özünüzü aparıcı şəxs kimi təqdim etməyin. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz. Hər halda, obyektiv fikirlərə də qiymət verməlisiniz. Riskli qərarlardan yayının.Oğlaq - maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Təxminən saat 12-dən etibarən bu yönümdə əzmkarlığınızı artırmalısınız. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.Dolça - potensial enerjinizin zəifləməsi fəaliyyətinizin passivləşməsinə rəvac verir. Buna baxmayaraq, bürcünüzə xas olmayan mistikaya meyl etməməlisiniz. Kənardan dəstək əldə etməyə çalışın.Balıqlar - köməyə böyük ehtiyacınız olduğunu görən Göy qübbəsi xidmətinizdə duracaq. Belə ki, nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. Onları aramaqla məşğul olun.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 23 fevral
BAKU.WS 23 fevral tarixinin qoroskopunu təqdim edir: Qoç – yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası...