Günün ulduz falı - 28 noyabr

Günün ulduz falı - 28 noyabr
Şou-biznes 1819
BAKU.WS 28 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - ümumi vəziyyətinizin gərgin olacağını xəbərləyən ulduzlar iş yerində, eləcə də qohumluq-qonşuluq əlaqələrində mülayim olmağı tövsiyə edir. Sağlıq durumunuzu diqqətdə saxlayın.Buğa - yalnız fəaliyyət sahəsində uğurlarınız mümkündür. Yeni və maraqlı təkliflər alacağınız da istisna olunmur. Ailə və qonşuluq münasibətlərində isə mübahisəli situasiyalara cəlb oluna bilərsiniz.Əkizlər - səhhətinizlə bağlı bəzi xoşagəlməzliklər mümkündür. Bu səbəbdən də özünüzü soyuqdan, yuxusuzluqdan və siqaretdən qorumalısınız. Aldığınız təkliflərə tələm-tələsik razılıq verməyin.Xərçəng - təxminən saat 14-ə qədər ümumi vəziyyətinizdə gərginlik müşahidə olunacaq. Göstərilən müddətdə müqəddəs ziyarətgahlara baş çəkməyə dəyər. Sonrakı saatlarda qazanmaq ehtimalınız var.Şir - qarşılıqlı münasibətlər zəminində, xüsusən də sevgi davranışlarında ifrat ciddilik göstərməyin. Bu, sizə qarşı rəğbəti azalda bilər. Fiziki işlərlə az məşğul olun. Qız - ümumi çalarlarına görə, olduqca uğurlu təqvimdir. Sadəcə olaraq görəcəyiniz işlərin vaxtını düzgün bölməlisiniz. İşgüzar sövdələşmələr üçün də perspektivli ərəfədir.Tərəzi - şəxsi işlərinizdə müsbət dönüş ərəfəsindəsiniz. Odur ki, hər bir qərarı çıxarmazdan əvvəl yüz yol ölçüb-biçməlisiniz. Saat 15-17 aralığını sevgi amilinə həsr edin.Əqrəb - ulduzlar daha çox gəzinti və səyahətlər üçün uğurlu məqam olduğunu bildirir. Heç kimə yalan vəd verməyin. Sözünüzün ağası olun. Nahardan sonra uzaq səfərə çıxmaq olar.Oxatan - mistik gündür. Daxili səsiniz, o cümlədən ruhi qüvvələr mövcud sıxıntılarınızdan çıxış yolu göstərməyə çalışaq. Saat 16-dan sonra istənilən mübahisədən yayının.Oğlaq - sürprizlər yolunuzu gözləyir. Çox güman ki, bir neçə sevindirici xəbər də eşidəcəksiniz. Üstəlik, nə vaxtdan bəri kasad olan şəxsi büdcəniz də normal hala düşməlidir.Dolça - hər hansı xoşagəlməzliklə rastlaşacağınızı düşünməyin. Çünki Göy qübbəsi hər mənada yardımçınız olacaq. İstər işdə, istərsə də qarşılıqlı əlaqələrdə təşəbbüskarlığı əldə saxlayın.Balıqlar - sağlamlıqla bağlı problemləriniz gözlənilir. Qida rejiminə riayət edin. Daxili orqanlarınızın halına yanın. Səhhətinizə zərərli olan fiziki və psixoloji işlərdən uzaq olun.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlk iş gününün ulduz falı - 26 noyabr

İlk iş gününün ulduz falı - 26 noyabr

BAKU.WS 26 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər...

3012 Şou-biznes 00:02 26 noyabr 2018

Son xəbərlər