Günün ulduz falı - 8 noyabr

Günün ulduz falı - 8 noyabr
Şou-biznes 2155
BAKU.WS 8 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Müəyyən gərginliklə baş-başa qalacağınız mümkündür. Bir tərəfdən müsahiblərinizin sizi anlamaması, digər tərəfdənsə daxili orqanlarınızın nasazlığı əsəblərinizi tarıma çəkə bilər.Buğa - Həmkarlarınızla münasibətləri hədəqəsindən çıxarmasanız, ixtiyarınızda olan bu təqvimdən narazı qalmayacaqsınız. Saat 15-17 arası işgüzar görüşləriniz gözlənilir.Əkizlər - Yeni əlaqə və tanışlıq üçün ideal ərəfədir. Bu gün ailə-sevgi münasibətləri də qaydasına düşəcək. Amma xarakterinizdən gələn "bircə anda hər şeyi alt-üst etmək" metodundan uzaq olun.Xərçəng - Saat 13:00-a qədər və 18:00-dan sonra ümumi vəziyyətiniz yaxşı olacaq. Qalan müddətdə isə sizi hiddətləndirə bilən hadisələr mümkündür. Bu səbəbdən də gün ərzində hər adamla ünsiyyət qurmayın.Şir - Bəxtinizdə olduqca rəvan bir gün durur. Ələlxüsus da saat 13-dən başlayaraq rastlaşdığınız hadisələr ovqatınızı yüksəldəcək. Aldığınız təkliflərdən qətiyyən imtina etməyin. Qız - Nədənsə hadisələri qabaqlamaq, iştirakçısı olduğunuz proseslərin nəticələrinə tez-tələsik nail olmaq istəyirsiniz. Amma unutmaq olmaz ki, səbr və təmkin insanın ən böyük xilaskarıdır.Tərəzi- Münasibətlər zəminində olduqca neqativ gündür. Odur ki, istənilən ciddi söhbətdən uzaqlaşın. Risk və sövdələşmələrə isə qətiyyən baş qoşmayın. Yalnız səfərlə bağlı uğurlarınız var.Əqrəb - Nigarançılığa heç bir əsas yoxdur. Əgər özünüz kimisə aldatmasanız, sizə qarşı belə bir hal baş verməyəcək. Ulduzlar nahardan sonra yeni təkliflər alacağınızdan xəbər verir.Oxatan - Kifayət qədər məhsuldar gündür. Bu səbəbdən də bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. Sağlıq durumunuzu nəzarətdə saxlayın. Günorta təzə xəbərlər eşidəcəksiniz.Oğlaq - Böyük dəyişikliklər astanasındasınız. Amma yüz dəfələrlə ölçüb-biçməlisiniz ki, seçimdə yanılmayasınız. Çünki yaxın gələcəyiniz indiki addımlarınızdan birbaşa asılıdır.Dolça - Anlaşılmaz bir gün yaşayacaqsınız. Sanki mistik məxluqlar ətrafınızda dolaşmaqdadır. Bəzən su içmək kimi asan olan bir işiniz daşdan keçir. Bəlkə günahı özünüzdə axtarasınız?! Balıqlar - Bütün astroloji göstəricilər bu gözəl gündə şəxsi büdcənizin artacağından xəbər verir. Deməli, digər işləri ikinci plana salıb əsas diqqətinizi pul amilinə yönəltməlisiniz.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 08.07.2018

Günün ulduz falı - 08.07.2018

BAKU.WS homo.mail.ru-ya istinadən bu günün - 8 iyul tarixinin proqnozunu təqdim edir:QOÇ - Gün gərginlik vəd edir. Səbrli olun, sizi maraqlandıran prosesi sürət...

2906 Şou-biznes 10:18 08 iyul 2018

Son xəbərlər