Şənbə gününün ulduz falı - 24 noyabr

Şənbə gününün ulduz falı - 24 noyabr
Şou-biznes 2339
BAKU.WS 24 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız. Buğa - yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.Əkizlər – saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin.Xərçəng - ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız.Şir - yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz.Qız - bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.Tərəzi - yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq.Əqrəb - hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.Oxatan - ailədaxili problemləriniz qabara bilər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun.Oğlaq - bugünkü astroloji mənzərə yalnız sizin Zodiakdan olanlar üçün uğurlu səfərlər vəd edir. Bununla yanaşı maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.Dolça - böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.Balıqlar - ümumi yorğunluğunuzu nəzərə alan ulduzlar günün əsas vaxtını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 20 noyabr

Günün ulduz falı - 20 noyabr

BAKU.WS 20 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç – həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz...

1800 Şou-biznes 00:04 20 noyabr 2018

Son xəbərlər