Günün ulduz falı - 2 fevral

Günün ulduz falı - 2 fevral
Şou-biznes 2202
BAKU.WS 2 fevral tarixinin qoroskopunu təqdim edir: Qoç - günün ümumi mənzərəsi düşərli görünür. Bu isə hər bir məsələdə şansların olacağını bildirir. Odur ki, aktivliyinizi artırmalısınız. Saat 17-dən sonra bütün dəvətləri təxirə salın.Buğa - iş rejimi imkan versə, fəaliyyətə ara verib müqəddəs ziyarətgahlarımıza, dünyadan getmişlərinizin qəbirlərinə baş çəkin. Axşama yaxın bir neçə yeniliyin şahidi olacaqsınız. Əşyalarınızı qoruyun.Əkizlər - hər bir hərəkətinizi tənzimləməyə çalışın. Xüsusən də həmkarlarınızla münasibətdə mülayim olun. Əks təqdirdə saat 12-16 aralığında qalmaqalla üzləşməli olacaqsınız. Savab işlərinizi artırın.Xərçəng - əgər daxili orqanlarınız qaydasındadırsa, qripdən uzaqsınızsa, gün ərzində hansısa problemlə üzləşməyəcəksiniz. Risk tələb edən məsələlərdə etibarlı dostlarınıza arxayın ola bilərsiniz.Şir - nahara qədər ətrafınızda baş verənlər ovqatınıza müsbət təsir göstərməyəcək. Buna baxmayaraq, təmkinli olsanız, xəta sovuşacaq. Saat 15-dən sonra maraqlı təkliflər gözlənilir.Qız - bu gündən fevral ayının uğurlu zaman kəsiyinə daxil olacaqsınız. Odur ki, donub qalan bütün planlarınızı hərəkətə gətirməlisiniz. Tək əldən səsin çıxmadığını da nəzərə alın.Tərəzi - hər bir qərarda imanlı olmağa çalışın. Kimisə acılamaq, zəif tərəfindən vurmaq, passivlikdə günahlandırmaq olmaz. Ümumiyyətlə, ünsiyyətdə ədalət prinsiplərindən qidalanın.Əqrəb - gələcək üçün nəzərdə tutduğunuz planları indidən götür-qoy etməlisiniz. Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparmaq da olar. İşdən sonra sevgi görüşləri səmərəlidir.Oxatan - ətrafınızda baş verən hadisələrin məcrasından çıxması ovqatınızı aşağı salmamalıdır. Axı həyatın enişi də, yoxuşu da labüddür. Əsas planları günün ikinci yarısına saxlayın.Oğlaq - fəaliyyət istiqamətində tənbəlliyi bir kənara atıb aktivliyinizi artırın. Ətrafınızda olanları başa düşməyə çalışın. Ola bilsin ki, gün ərzində müəyyən gəlir də əldə edəsiniz.Dolça - hansısa yeni işlərə başlamaq, uzaq yola çıxmaq, riskli pul sövdələşmələri aparmaq yolverilməzdir. Çünki bu gün daxili enerjiniz yalnız gündəlik qayğılarla məşğul olmağa yetəcək.Balıqlar - heç nədən çəkinməyin. Əmin olun ki, qarşınızda duran bütün maneələri dəf etməyə gücünüz yetəcək. Bir şərtlə ki, günaha batmayasınız. Saat 16-dan sonra yeniliklər gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 29 dekabr

Günün ulduz falı - 29 dekabr

BAKU.WS 29 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və hə...

2162 Şou-biznes 00:00 29 dekabr 2018

Son xəbərlər