Günel illər sonra Tatlıseslə barışdı: "Böyük qardaşım, mənəvi atamsan" (FOTO)
28
yan
2018
10:22
Məşhur müğənni Günel Zeynalova uzun müddətdir küsülü olduğu türk müğənni İbrahim Tatlıseslə barışıb. BAKU.WS-in məlumatına görə, bu barədə Günel şəxsi Instagram hesabında paylaşım edib. O bildirib ki, çox darıxdığı mənəvi atasına qovuşub:"Həyatımda həyatı mənə izah edən atam. Yenidən həyatı başladan atam. Tək mənim deyil, hər kəsin səsi, duyğusu, ürəyisən. Necə darıxmışam sənin üçün. Mahnıların sözü də həsrətini bitirməyə bəs etmədi. Sarıldıq möhkəm, həsrəti aradan qaldırdıq. Sanki heç bitməmiş, getməmiş kimi doya-doya yad etdik keçmişimizi. 12 yaşıma geri döndüm. Həyatımdakı ən böyük dəyərsən. Böyük qardaşım, mənəvi atamsan. Səni sevirəm. Sən hər zaman gül, nəşəli ol". NazimBAKU.WS
Oxşar xəbərlər
Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir: "Səni sevirəm" (VİDEO)
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir BAKU.WS-in məlumatına görə, ifaçı sosial şəbəkədə sənətə gəlməyini İ...