Gülüş günündə ilk uşaq komediyasının tizeri yaymlandı (VİDEO)
Beynəlxalq gülüş günündə Azərbaycanın ilk uşaq komediyası olan "Samedik"in ilk rəsmi tizeri yayımlanıb.
BAKU.WS xəbər verir ki, uşaqların və böyüklərin sevərək izləyəcəyi bu film yaxın vaxtlarda izləyicilərə təqdim ediləcək. Qeyd edək ki, filmin qala gecəsi 1 İyun Beynəlxalq uşaqlar günündə baş tutacaq. Bu filmi bütün uşaqlar üçün möhtəşəm bayram hədiyyəsi hesab etmək olar.
"Samedik" məşhur "Evdə tək" filminin süjet xətti əsasında çəkilib. Filmin balaca qəhrəmanı Səməd mafiya üzvlərinə qarşı tək başına mübarizə aparır.
Qeyd edək ki, filmin rejissoru Sahil Nəzərov, quruluşcu operatoru Əhməd Barasov, prodüseri isə Ramiz Hüseynzadədir. Gənc kadrların rol aldığı filmdə aktyorlar Elşən Hacıbabayev, Elsevər Mehdizadə, Səbinə Əliyeva, Pərvanə Talıbzadə, prodüser Ataş, Sayqa Nizami Həsənli yer alıb.
"Mən buradan bütün valideynlərə səslənirəm ki, qorxmadan uşaqlarını bu filmə gətirsinlər. Uşaqların telefonla yaxud da kompüterlə oynamasındansa mədəniyyətin inkişafı üçün filmə baxması daha məqsədəuyğundur. Mədəniyyət uşaqdan başlayır", - deyə filmin prodüseri, aktyor Ramiz Hüseynzadə bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 20 il sonra ilk uşaq filmi çəkildi (VİDEO)
Azərbaycanda yeni uşaq filmi - "Samedik"in çəkilişlərinə yekun vurulub. Bu barədə aktyor Ramiz Hüseynzadə BAKU.WS-ə müsahibəsində bildirib. - Ramiz bəy bu kom...