Güllünün oğlu Kobra Murad haqqında polisə şikayət edib

Güllünün oğlu Kobra Murad haqqında polisə şikayət edib
Şou-biznes 296

Müğənni Güllünün ölümünə dair ekspertizanın yekun hesabatı açıqlanıb. Rəydə onun zəhərlənmədiyi, ölümün yüksəkdən yıxılma nəticəsində baş verdiyi bildirilib.

BAKU.WS xəbər verir ki, ekspertiza rəyi Yalova Respublika Prokurorluğuna təqdim edilib.

Bu məlumatdan sonra Güllünün oğlu Tuğberk Yağız Gülter, sosial mediada "hadisənin səbəbini tapdım" deyən müğənni Kobra Murat (Murat Divandiler) barəsində polisə şikayət ərizəsi verib.

Qeyd edək ki, Kobra Murat Güllünün ölümü ilə bağlı bir sıra fərziyyələr irəli sürərək, hadisə zamanı müğənninin otaqda kimləsə mübahisə etdiyini iddia etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömr...

92 Şou-biznes 08:15 11 noyabr 2026

Son xəbərlər