Gənclər Facebook-u tərk edir

Gənclər Facebook-u  tərk edir
Şou-biznes 1598
"Yeniyetmələr və gənclər Mark Zuckerbergin sosial şəbəkəsini tərk edirlər, amma platformanın populyarlığı yaşı 55-dən çox olanlar arasında durmadan artır"."The Guardian" yazır ki, bu tam rəsmi xəbərdir: Facebook qocalar üçündür. 2018-ci ilin məlumatına görə, bu il Britaniyada Facebook-un 12-17 yaşları arasında olan istifadəçilərinin yalnız 2,2 milyonu platformadan müntəzəm istifadə edəcək. 18-24 yaşlılar üçün bu rəqəm 4, 5 milyondur. Bu, 2017-ci illə müqayisədə 700 min nəfər azdır. eMarketer saytının hesabatına görə, daha gənc istifadəçilər Facebook-u tərk edərək Snapchat-a keçirlər.Məqalədə deyilir ki, yaşı 55-dən çox olan istifadəçilərin sıçrayışla artması bu il Facebook-un ikinci ən böyük "demoqrafik hadisəsi" olacaq.Hesabatda qeyd olunur ki, Facebook bu vaxtadək gənc istifadəçiləri özünün Instagram kimi xidmətlərinin vasitəsilə saxlamağa çalışırdı. Şirkət Instagram-ı 2012-ci ildə 1 milyard dollara almışdı. Amma buna baxmayaraq, Facebook-un gənc istifadəçiləri getdikcə daha çox Snapchat-a qaçaq düşürlər."Facebook-un yeniyetmə problemi var, - eMarketer-in britaniyalı təhlilçisi Bill Fisher deyir, - Bu son proqnoz göstərir ki, burada məsələ, sadəcə nəzəriyyədən daha böyükdür. İndi gənc sosial media istifadəçilərinin Snapchat-a axışmasının ilk əlamətləri görünür".Fisher deyir ki, son üç ildə Snapchat Britaniyanın sosial şəbəkə və aplikasiya istifadəçilərinin "ələ keçirilməsi reytinqini" iki dəfə artıraraq 43 faizə çatdırıb.Hesabat bunu da vurğulayır ki, Facebook ömrünün 14-cü ilində xeyli "qocalıb". Daha dəqiq deyilərsə, Facebook-un əhalisi yaşlaşıb.Bu il yaşı 55-i keçənlərin 500 min nəfərinin Facebook-a qoşulacağı gözlənir. 2018-ci ildə Britaniyada 55-65 yaş arasında olan Facebook istifadəçilərinin sayı 6,4 milyona çatacaq.Ampere firmasının təhlilçisi Richard Broughton deyir ki, bu proseslərə bir neçə faktor səbəb olub. Onlardan biri də yaşlı adamların bu platforma vasitəsilə övlad və nəvələrinin sosial həyatına bağlı qalmaq istəyidir.Zuckerberg bəyan edib ki, o özünün bu ilini "Facebook-da keçən vaxtın yaxşı keçməsinin təmin olunmasına" həsr edəcək.Yanvar ayında Facebook ötən ilin son rübü üçün 4,3 milyard dollar gəlir götürdyünü bəyan edib. Bu inişillə müqayisədə 61 faiz artım deməkdir.Zuckerberg deyib ki, 2017-ci il şirkətin həyatında ən ağır il olub. 2017-ci ildə Facebook-u saxta xəbərlərin yayılmasında və Rusiyanın ABŞ seçkisinə müdaxiləsi üçün platformaya çevrilməkdə ittiham ediblər.Amma ümumilikdə, Facebook Britaniyda ən böyük sosial şəbəkə olaraq qalır. Bu il Birləşmiş Krallıqda Facebook istifadəçilərinin sayı 32, 6 milyona çatıb. Instagram istifadəçilərinin sayı 15, 7 milyon nəfərdən 18, 4 milyona yüksəlib. Proqnozlara görə Snapchat-in istifadəçilərinin sayı 14, 8 milyon nəfərdən 16, 2 milyona qalxacaq. Tvitter istifadəçilərinin sayı isə 12, 4 milyondan 12, 6 milyona yüksələcək."The Guardian" Böyük Britaniyada 2017 və 2018-ci illər arasında Facebook istifadəçilərinin yaş dinamikasını da ayrıca verib.12-17 yaş arasında olanlar - 2, 2 milyon nəfər (300 min azalma)18-24 yaş arasında olanlar - 4.5 milyon nəfər (400 min azalma)25-34 yaş - 7.2 milyon nəfər (Dəyişiklik yoxdur)35-44 yaş - 5.9 milyon nəfər (Dəyişiklik yoxdur)45-54 yaş - 5.6 milyon nəfər (100 min artım)55-64 3.5 milyon nəfər (200 min artım)65 və daha yaşlı olanlar - 2.9 milyon, (300 min artım)BAKU.WS

Oxşar xəbərlər

"Facebook"da profil şəkilləri yazışmalara reaksiya verə biləcək

"Facebook"da profil şəkilləri yazışmalara reaksiya verə biləcək

Tel-Əvivdən olan alimlər sosial şəbəkə istifadəçilərinin profil şəkillərinə animasiya effektləri verən proqram təminatı yaradıb.BAKU.WS Lent.az-a istinadən xəbə...

1557 Sosial 21:50 14 noyabr 2017

Son xəbərlər