"Fuad Poladov xəstələnəndə efirə çıxmadı..." - Oqtay Əliyev
11
okt
2018
14:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“SOY” prodakşının rəhbəri Oqtay Əliyev xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevadan danışıb.BAKU.WS-in məlumatına görə, o, “Səhər-səhər” proqramında aktrisanın xəstəliyindən danışıb.O.Əliyev aparıcı Elgiz Əkbərin “Toppuşla bağlı nə fikirləşirsiniz? Bu adamın günlərlə ictimaiyyətdə müzakirə olunması nədir? Aranızda nəsə soyuqluq var” sözlərinə belə cavab verib:“Allah ona şəfa versin. Bəzi adamlar var ki, ictimailəşməsini rəvac bilib, istəyir ki, ona yardım olunsun. Eləsi də var istəmir. Məsələn, Fuad Poladov xəstələnən gündən nə efirə çıxdı, nə telefonlara cavab verdi. Heç kimdən yardım istəmədi. Heç kim onun haqqında nəsə pis deməyib. Bu insan isə istəyir ictimailəşsin, yardımlar alsın. Bu da bu yolu seçdi. Bizim aramızda soyuqluq yaranmayıb. Mənim üçün siravi aktrisalardan biridir. Layihələrdə istifadə etdik, işlədi, indi işləmir. Hər bizimlə işləyənlə ailəvi dostluq etmirik. Niyə ondan inciyim ki?”.BAKU.WS
Oxşar xəbərlər
"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" - Məlahət Zauru tənqid etdi
Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “BizimləSən” proqramını tənqid edib. BAKU.WS-in məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət ç...