Xalq artisti Fuad Poladov vəfat edib
05
may
2018
09:05
Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib. Bu barədə "Report"a onun ailəsindən məlumat verilib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Allah rəhmət eləsin!BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın əməkdar artisti vəfat edib
Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib. "Report"un məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. N.Ağayev Lənkəra...