"Fəlakət" gəlir... - FOTO

Fəlakət gəlir... - FOTO
Şou-biznes 3272
Milyonların sevimlisi “Fəlakət”in tammetrajlı bədii filmi gəlir. BAKU.WS xəbər verir ki, noyabr ayında kinoteatrlarda nümayişi planlaşdırılan “Fəlakət” filminin çəkilişləri bitib. "ART FİLM BAKU" tərəfindən gerçəkləşdirilən proektin hazırlıq dövrü hələ ötən ilin dekabrından başlayıbr. Çəkiliş dövrü isə mart-aprel 2018 ci ili əhatə edirdi.Bu film “Fəlakət”in çəkildiyi filmlərə bir prikvel olacaq (prikvel hadisələrin kökü deməkdir). Filmdə onun necə dünyaya gəlməsi, hansı şəraitdə böyüməsi və əsas süjet xətti olaraq onun köhnə məhəlləsi barədə gülməli-məzəli bir hekayəni əks etdirəcək. Fəlakətsevərlər 70-80 dəqiqə civarında sevimli qəhrəmanlarının həyat hekayəsinin şahidi olacaqlar və ürək dolusu güləcəklər. Hazırda filmin montaj-səsləndirmə prossesi həyata keçirilir. Film geniş tamaşaçı kütləsinə 2018 ci ilin Noyabr ayında təqdim olunacaq. Filmdə Fəlakət obrazını canlandıran sevimli aktyor Elşən Orucovla bərabər, aktyorlar Nofəl Şahlaroğlu, Azər Aydəmir, Ləman Mərrih, Nəsibə Eldarova, Ülvi Həsənli, Orxan Ata, Solmaz Süleymanlı, Taleh Yüzbəyov və başqaları çəkilib. Filmin quruluşçu rejissoru Emil Quliyev, quruluşçu rəssamı Arif Niftiyev, quruluşçu operatoru isə Orxan Abbasovdur. Onu da bildirək ki, tam olaraq “ARTFİLMBAKU” şirkətinin məhsulu olan “Fəlakət” kinokomediyasının ikinci rejissoru Çingiz Həsənov, icraçı və kreativ prodüseri Azər Aydəmir, baş prodüseri isə Məmməd Məmmədovdur.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər