"Fəlakət" Xəzər TV-yə getməsindən danışdı - VİDEO

Fəlakət Xəzər TV-yə getməsindən danışdı - VİDEO
Video
Şou-biznes 1612

Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun "Fəlidən doğru xəbər" Youtube layihəsi bundan sonra Xəzər TV-yə yayımlanacaq.

BAKU.WS xəbər verir ki, aktyor Əməkdar artist Bəhram Bağırzadənin "İnstagram"da canlı yayımında bu barədə danışıb:

"Hamı mənə sual verir ki, Xəzər telekanalına niyə keçdin? Bu sual məni narahat edir. Xəzər TV-də hazırda Murad Dadaşov və işinə güvəndiyim insanlar var. Neçə vaxtdır televiziyalarda yoxam, verilişim "Youtube"da yayımlanırdı. Ona görə də verilişimin orada yayımlanmasını istədim. Başqa bir yerə yozulmasın.

Xəzər-ə getsəm də, ATV mənim üçün hər zaman doğmamdır. Məqsədim eynidir, hansı kanalda oluramsa-olum, hamı ilə münasibətim yaxşıdır. Bundan sonra da ATV-nin qulluğundayam.

Bizdə belə bir fikir formalaşır ki, bu kanaldan gedibsə, deməli, dalaşıb. Heç kimlə münasibətim korlanmayıb. Hətta yeni mövsümdə ATV-də də yeni layihə düşünürəm. Hər iki kanalda yer alacam".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər