Faytonçu Nazim xəstəliyindən DANIŞDI
16
avq
2017
18:54
"Faytonçu" ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari səhhəti barədə danışıb. BAKU.WS axşam.az-a istinadən bildirir ki, ifaçı hazırda özünün yaxşı hiss edir: "Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm".İfaçı xərçəng xəstəsi olması xəbərinə də münasibət bildirib: "Deyirlər ki, xərçəngəm. Amma bu yalandır. Bilmirəm ki, bunu kim uydurub. Sadəcə, dəfələrlə narkoza girdiyimə görə bu hala qalmışam. Xərçəng xəstəsi deyiləm". N.Pişyarı onu da əlavə edib ki, sentyabrdan verilişlərə, toylara gedəcək: "Hələ ki, heç bir yerə çıxmıram. Evdə oluram. Sentyabrdan etibarən verilişlərə, el şənliklərində iştirak edəcəm. Mənə görə narahat olan hər kəsə də təşəkkür edirəm".BAKU.WS
Oxşar xəbərlər
Xəstəlik məşhur azərbaycanlı müğənnini tanınmaz hala saldı (FOTO)
"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçının çox arıqladığı diqq...