Faiq Ağayevdən müzakirələrə səbəb olacaq FOTOSESSİYA
Xalq artisti Faiq Ağayev yeni fotosessiyası ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək müxtəlif şəkillər lentə aldırıb.
İfaçı fotosessiyası zamanı fərqli və qeyri-adi aksessuarlardan istifadə edib.
Xalq artistinin qoluna böyük və tünd yaşıl qaşla bəzədilən xüsusi dizaynlı aksessuar taxıb.
Onun digər əlində isə "Şahmaran" üslublu qolbağ və həmin qolbğa uyğun böyük üzük yer alıb.
Sənətçi fotosessiyasından lentə alınan şəkilləri instaqram izləyiciləri ilə bölüşüb. Fotolar müzakirələrə səbəb olub.
Aralarında məşhurların da olduğu istifadəçilər Faiq Ağayevin bu fərqli üslublu fotolarını bəyəndiklərini qeyd ediblər.
Xalq artistinin şəkillərinin müəllifi həmkarları Röya Ayxan, Aygün Kazımovanın fotolarını da çəkən Ruslan Nəbiyevdir.
Oxşar xəbərlər
İradə İbrahimova 20 il əvvəlki arxiv görüntüsünü paylaşdı
Müğənni İradə İbrahimova arxiv görüntüsü ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında illər əvvəl toyda lentə alınan fotosunu iz...