“Facebook”dan problemlə bağlı AÇIQLAMA - FOTO

14
mar
2019
10:43
“Facebook”, “Instagram” və “WhatsApp”ın işində yaranan problemlə bağlı açıqlama yayılıb. BAKU.WS xəbər verir ki, "Facebook" şirkətinin “Twitter” səhifəsində verilən açıqlamada bildirilir ki, genişmiqyaslı pozuntuya “DDoS” hücumu - kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum səbəb olmayıb.Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır. Analoji ismarıc “Instagram”ın rəsmi “Twitter” səhifəsində də yayılıb.Qeyd edək ki, sözügedən sosial şəbəkələrdəki kütləvi pozuntular dünən axşam saatlarında Azərbaycan da müşahidə olunub. BAKU.WS

Oxşar xəbərlər
"WhatsApp", "Instagram" və "Facebook Messenger"i birləşdirilir
"Facebook" şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus "Facebook Messenger", "WhatsApp" və "Instagram" sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.BAKU....
