WhatsApp, YouTube, Facebook və Twitter-ə giriş qadağan edildi
Türkiyənin senzura monitorinqi üzrə qrupu TurkeyBlocks bəyan edib ki, ölkədə WhatsApp messenceri, YouTube video portalı, Facebook və Twitter sosial şəbəkələri bağlanıb.
BAKU.WS xəbər verir ki, yuxarıda qeyd edilənlərə noyabrın 4-ü gecə saat 1:20-dən giriş qadağan edilib.
Hüquq müdafiəçiləri bildirir ki, Instagram sosial şəbəkəsinə də giriş qadağan edilib.
TurkeyBlocks WhatsApp, YouTube, Facebook və Twitter-ə giriş qadağan edilməsini Xalqların demokratik partiyasının bir neçə liderinin saxlanılması və bu partiyanın Ankaradakı ofisində axtarışların aparılması ilə əlaqələndirir.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
"WhatsApp"da yeni DÖVR: kodu yığa bilməyən əlini üzsün...
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" yenilik etməyə hazırlaşır. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenilik "WhatsApp"a giriş il...