Bu ölkədə "WhatsApp" üç gün müddətinə bağlanacaq

Bu ölkədə WhatsApp üç gün müddətinə bağlanacaq
Sosial 1442

 

Brazilyada "WhatsApp" mesajlaşma tətbiqi üç gün müddətinə bağlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Brazilyanın Sergipe əyalətində Marsel Maia Montalvao adlı məhkəmə hakimi "WhatsApp" tətbiqinin bu gündən etibarən üç gün müddətinə ölkə üzrə bağlanması haqda qərar verib. Səbəb kimi "Facebook"un Latın Amerikası üzrə sədr müavininin polisə tətbiqin istifadəçiləri ilə bağlı məlumatın verməməsi göstərilib. 

Mart ayında bu məsələ ilə bağlı "Facebook"un rəsmi nümayəndəsi Diyeqo Dzodan məsuliyyətə cəlb olunmuşdu. Bir gün sonra isə azadlığa buraxılmışdı. 

Qeyd edək ki, hələ dekabr ayında eyni səbəblə "WhatsApp" tətbiqinin bağlanması ilə bağlı qərar verilmişdi. 

BAKU.WS

Oxşar xəbərlər

“Whatsapp”dan daha bir yenilik

“Whatsapp”dan daha bir yenilik

"Whatsapp” daha bir xidməti istifadəçilərin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, "Whatsapp Beta” versiyası istifadəyə verilib. Hələlik sadəcə "Android" is...

2883 Şou-biznes 15:05 28 mart 2016

Son xəbərlər