Dünyada "WhatsApp" niyə çökdü? - AÇIQLAMA VERİLDİ
Dünyanın ən geniş istifadə edilən ani mesajlaşma xidməti "WhatsApp"da ötən gecə yaranan problem çoxlarını narahat edib.
İstiPress-in məlumatına görə, "WhatsApp" dünyada gecə saat 22 radələrində çöküb. Texniki problemə kiber hücumun səbəb olduğu güman edilir.
Dünyada yüzlərlə şəbəkə istifadəçi yaranan problemi "Twitter"dən elan edib. "WhatsApp" rəsmiləri yaşanan problemlə bağlı açıqlama yaymalı olublar. Onlar xidmətin dayandığının fərqində olduqlarını və problemi ən qısa zamanda həll etməyə çalışdıqlarını açıqlayıblar.
Dünyanın onlarla ölkəsindəki "WhatsApp" problem 3 saata yaxın davam edib. Şirkət rəsmisi hansı ölkələrin serverin zədələnməsindən əziyyət çəkdiyini açıqlamayaıb.
Qeyd edək ki, problem Azərbaycanda da müşahidə edilib. Azərbaycanda hazırda "WhatsApp" proqramından 6 milyondan çox insan istifadə edir.
BAKU.WS
Oxşar xəbərlər
WhatsApp bir anlıq çökdü, problem başladı
Məşhur mesajlaşma tətbiqi WhatsApp-da səhər saatlarından etibarən problem yaşanıb. BAKU.WS məlumat verir ki, səhər saatlarında istifadəçilər mesaj göndərməkdə...