Whatsapp istifadəçilərinə şad xəbər: abunə ödənişi ləğv edildi
Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp illik abunə ödənişindən imtina edib.
BAKU.WS-in məlumatına görə, şirkət bu barədə öz rəsmi bloqunda məlumat yerləşdirib. Whatsapp-dan verilən məlumatda qeyd edilir ki, bu gün bütün dünyada təxminən bir milyard adam öz dostları və ailələri ilə əlaqədə Whatsapp-dan istifadə edir və onların narahatlığı şirkət tərəfindən nəzərə alınır.
Şirkət uzun illərdir ki, istifadəçilərin abunə haqqı ilə çətinliklərlə üzləşdiklərini və bununla bağlı çoxsaylı xahişlərin olduğunu bildirib: "Apardığımız araşdırmalardan sonra məlum oldu ki, ödəniş sistemi elə də effektiv işləmir. Bir çox Whatsapp istifadəçinin plastik debet və ya kredit kartı yoxdur. Onlar narahatdırlar ki, öz hesablarından istifadə hüququndan məhrum olacaqlar. Ona görə də növbəti bir neçə həftə ərzində bizim tətbiqimizdə abunə ödənişi tələbi ləğv olunacaq".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
WhatsApp çökdü
Dünyanın ən populyar mesajlaşma şəbəkələrindən olan "WhatsApp”da problem yaranıb. BAKU.WS-in məlumatına görə, istifadəçilər təxminən yarım saata yaxın şəbəkəd...